ABŞ tarixində ilk dəfə müsəlman qadınlar Konqresə seçkilərdə qalib gəliblər ABŞ tarixində ilk dəfə müsəlman qadınlar Konqresə seçkilərdə qalib gəliblər
  • Qərb
  • 7 Noyabr 2018 10:00
  •  1 844

Müsəlman qadınlar Konqresə seçildilər - ABŞ-da ilk dəfə

ABŞ tarixində ilk dəfə müsəlman qadınlar Konqresə seçkilərdə qalib gəliblər

ABŞ-da Miçiqan və Minnesota əyalətlərindən seçkilərdə iştirak edən Fələstin əsilli Rəşidə Tlaib və Somali əsilli İlhan Omar, qalib gələrək Konqresə girən ilk müsəlman qadın üzvlər olublar.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəllər bölgədə olan keçmiş Demokrat Təmsilçilər Məclisi üzvü Con Konyers haqqında çıxan cinsi istismar iddialarından sonra vəzifəsindən istefa etməsi və qarşısında cümhuriyyətçi rəqibin olmaması Miçiqan əyalətinin 13-cü bölgəsindən namizəd olan Tlaibin qazanacağına təminat verirdi.

Seçimdən əvvəl ABŞ mediasına açıqlama verən Rəşidə Tlaib, “Məqsədim konqresdə inancımı satmaq yox, ictimai xidmət kimi təsirli yolla İslamı təmsil etməkdir”, - deyib.

Digər tərəfdən, Minnesota əyalətinin 5-ci bölgəsindən namizəd olan Somali əsilli İlhan Omar, rəqibi Cenifer Zielinskiyə qalib gələrək ABŞ konqresinə üzv seçilib. Təmsilçilər məclisinin ilk qapalı müsəlman üzvü olan Omar, Keith Ellisonun yerinə keçib.

ABŞ-a 12 yaşında gəlib 4 il qaçqın düşərgələrində yaşayan İlhan Omar, ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı siyasətinə qarşı mübarizə aparmaq istəyidiyini bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az