• Qərb
  • 3 Yanvar 2019 08:45
  •  1 973

Tramp SSRİ-nin dağılma səbəbini açıqladı

"Rusiyanın əvvəlki adı Sovet İttifaqı idi, Əfqanıstan onu Rusiyaya çevirdi".

Sovet İttifaqı Əfqanıstanda apardığı hərbi əməliyyatlar zamanı müflis olub.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə keçirdiyi iclasda bildirib.

"Rusiyanın əvvəlki adı Sovet İttifaqı idi, Əfqanıstan onu Rusiyaya çevirdi. Onlar bu ölkədə döyüşdülər və nəticədə müflis oldular". Tramp belə deyib.

ABŞ prezidenti vurğulayıb ki, hazırda rəsmi Vaşinqton Əfqanıstanda milyardlarla dollar xərcləyir, orada isə qonşu ölkələr - Pakistan, Rusiya və Hindistan döyüşməlidir.

Qərb mətbuatı yazıb ki, Tramp Əfqanıstanda yerləşən qoşunlarının yarısını çıxartmaq fikrindədir, ancaq sonradan bu informasiya rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, 1991-ci ildə dağılan Sovet İttifaqı öz qoşunlarını Əfqanıstana 1979-cu ildə yeridib. 10 ildən sonra isə bu ölkədən son əsgərlərini çıxarıb.

Babək Göyüş

© AzNews.az