Bir neçə gündən bəri Alp regionunda davam edən kəskin hava şəraiti səngimək bilmir və qar yağmasının yaxın günlərdə daha da güclənəcəyi proqnozu vəziyyəti daha da gərginləşdirir. Bir neçə gündən bəri Alp regionunda davam edən kəskin hava şəraiti səngimək bilmir və qar yağmasının yaxın günlərdə daha da güclənəcəyi proqnozu vəziyyəti daha da gərginləşdirir.
  • Qərb
  • 8 Yanvar 2019 15:07
  •  2 768

Qarlı hava iki nəfərin həyatına son qoydu

Bir neçə gündən bəri Alp regionunda davam edən kəskin hava şəraiti səngimək bilmir və qar yağmasının yaxın günlərdə daha da güclənəcəyi proqnozu vəziyyəti daha da gərginləşdirir.

Avstriya mətbuatı xəbər verir ki, dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin artması rəsmi qurumları ən yüksək xəbərdarlıq elan etməyə vadar edib. Zaltsburq və Tirol əyalətlərində bir sıra regional avtomobil və dəmir yolları bağlanıb.

Zaltsburq əyalətində iki nəfərin cəsədi tapılıb. Şindlmaisalm ərazisində qar uçqunu altında qalan 28 yaşlı kişi və onun 23 yaşlı qadın müşayiətçisinin meyiti iki günlük axtarışlardan sonra tapılıb. Xilasedicilər dağlıq ərazidə gəzintiyə çıxanların qısa istirahəti üçün tikilmiş daxmadan donmaq təhlükəsi altında olan 11 nəfər alman turisti vaxtında təxliyə edə biliblər.(AZƏRTAC)

© AzNews.az