"Öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!”. "Öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!”.
  • Qərb
  • 9 Yanvar 2019 21:32
  •  1 637

Tramp meşə yanğınları ilə bağlı göstərişi verdi

"Öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!”.

ABŞ Prezidenti Donald Tramp meşə yanğınlarına qarşı tədbir görmək üçün Kaliforniya ştatına ayrılan maliyyə yardımını dayndırmaqla bağlı göstəriş verib.

Bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb.

D.Tramp səbəb kimi ştat hökumətinin bu istiqamətdə səmərəsiz fəaliyyətini göstərıb: “Kaliforniya ştatına yaxşı idarəetmədə heç vaxt baş verməyəcək meşə yanğınları üçün milyardlarla dollar vəsait sərf olunur. Nə qədər ağlabatan olmasa da, öz qanunlarını sahmana salanadək Federal Fövqəladə Hallar Agentliyinə vəsait ayırmamağı tapşırmışam!”.

Xatırladaq ki, ötən ilin noyabr ayında Kaliforniyada meşə yanğınları nəticəsində 85 nəfər ölüb, 14 minədək yaşayış və 528 ticarət binası, 4 minədək başqa tikili dağılmışdı.

AzNews.az