• Qərb
  • 16 Yanvar 2019 09:23
  •  555

Rihanna atasını məhkəməyə verdi

Rihannanın atası "Fenty Entertainment" adlı istedad axtarışı şirkətini 2017-ci ildə yaradıb.

ABŞ-ın populyar müğənnisi Rihanna öz atası Ronald Fenti məhkəməyə verib. Bu haqda informasiyanı TMZ saytı yayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, müğənninin fikrincə, onun atası paltar və kosmetika satışı ilə məşğul olan Fenti brendini öz məqsədləri üçün istifadə edib.

Rihannanın atası "Fenty Entertainment" adlı istedad axtarışı şirkətini 2017-ci ildə yaradıb.

Müğənninin sözlərinə görə, onun atası öz biznesini qurmaq üçün Fentinin imicindən istifadə edib: "Atam mənim razılığım olmadan Latın Amerikasında 15 konsertin keçirilməsi haqda danışıqlar aparıb".

Bir müddət öncə Rihanna ABŞ prezidenti Donald Trampa onun mahnısını oxuduğuna görə hirslənmişdi. Müğənni, həmçinin Valentin günündə erotik paltarını nümayiş etdirmişdi.

Babək Göyüş

AzNews.az