ABŞ qarşıdakı iki ildə neft hasilatını 11% artıracaq ABŞ qarşıdakı iki ildə neft hasilatını 11% artıracaq
  • Qərb
  • 16 Yanvar 2019 13:35
  •  1 473

ABŞ neft hasilatını 11% artıracaq

ABŞ qarşıdakı iki ildə neft hasilatını 11% artıracaq

ABŞ-da 2019-cu ildə neft hasilatı orta hesabla gündəlik 12,1 milyon barelə qədər artacaq, 2020-ci ildə isə bu həcm 13 milyona çatacaq.

Bunu ABŞ Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyinin (EIA) proqnozundan görmək olar.

Proqnozda qeyd olunub ki, bu, yalnız neftin qiymətinin qısamüddətli aşağı düşməsinə gətirib çıxaracaq.

Bu il neftin orta dəyəri 2018-ci illə müqayisədə 14% azalaraq "Brent" markalı neft üçün 61 dollar/barel olacaq, lakin gələn il bu rəqəm 65 dollara qədər artacaq.(report.az)

© AzNews.az