- Qərb
 - 26 Yanvar 2019 22:39
 - 2 715
 
“Sarı jiletlər” polis məntəqəsinə hücum edib
            “Sarı jiletlər” aksiyasının bir qrup üzvü Fransanın Evri şəhərinin polis məntəqəsinə daxil olublar.
Oxu.Az TASS – a istinadən xəbər verir ki, bu haqda BFM telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, insident saat 12:35 – də baş verib. Təxminən bir saatdan sonra,polis qüvvələri aksiya iştirakçılarını məntəqədən çıxara bilib. Həmən vaxtı, başqa bir qrup isə şəhər meriyası yaxınlığındaki dayancaqda duran dörd avtomobili yandırıb.