- Qərb
- 15 Mart 2019 16:19
- 2 334
NATO Yeni Zelandiyada törədilmiş terror aktını kəskin qınayır

Baş katib bununla bağlı “Twitter” hesabında yazıb.
NATO-nun baş katibi Yens Stoltenberq Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidə silahlı hücumu kəskin qınadığını bəyan edib.
Baş katib bununla bağlı “Twitter” hesabında yazıb.
Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçörç şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə silahlı hücum nəticəsində 49 nəfər həlak olub. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern hadisəni ölkə tarixinin ən qara günlərindən biri və terror aktı adlandırıb.(AZƏRTAC)
AzNews.az