İngiltərə və Uelsdə anonim şirkətlərə məxsus 87 min daşınmaz əmlak aşkarlanıb. İngiltərə və Uelsdə anonim şirkətlərə məxsus 87 min daşınmaz əmlak aşkarlanıb.
  • Qərb
  • 19 Mart 2019 12:37
  •  3 401

İngiltərədə 74 milyardlıq daşınmaz əmlak aşkarlandı - Sahibləri axtarılır

İngiltərə və Uelsdə anonim şirkətlərə məxsus 87 min daşınmaz əmlak aşkarlanıb.

Bu barədə “Global Witness” korrupsiyaya qarşı qeyri-hökumət təşkilatının hesabatında bildirilir.

Aktivlər 74,3 milyard dollar dəyərində qiymətləndirilir.

“Global Witness” bununla bağlı İngiltərə parlamentinin komitəsinə məlumat verib. Qeyd olunur ki, hələ 2016-cı ildə hökumət daşınmaz əmlakların sahiblərini reyestrdən keçirməyi planlaşdırsa da, bu proses ləng gedir.

Anonim əmlakların 40 faizi Londonda yerləşir ki, bunun 10 minindən çoxu Vestminster rayonundadır.

Şirkətin nümayəndəsi Ava Li bildirib ki, əmlakların əksəriyyətinin cinayətkarlar və korrupsionerlərə məxsus olduğu ehtimal olunur: “Araşdırmalarımız nəticəsində məlum oldu ki, cinayətkar dəstələr və korrupsioner siyasətçilər gəlirlərini gizlətmək, özü və ailələrinin təhlükəsdizliyini təmin etmək üçün Böyük Britaniya əmlak bazarından istifadə edirlər”.

Xatırladaq ki, Böyük Britaniya bu ilin əvvəlində fırıldaqçılıq, korrupsiya və pul yuyulmasına qarşı mübarizə üçün xüsusi bir qrup yaradıb. Qrup ilk növbədə Rusiya və keçmiş sovet ölkələri, Asiya və Nigeriyadan həyata keçirilən maliyyə axınlarına nəzarət edir.(ona.az)

AzNews.az