• Qərb
  • 4 Aprel 2019 15:30
  •  428

Macarıstan 20 milyon avronu nəyə ayırır?

Macarıstan məktəblilər arasında milli ənənələrin təbliğinə 20 milyon avro ayıracaq

Macarıstan hökuməti ölkə məktəblilərinin ildə bir dəfə teatr, rəqs proqramı, sirk tamaşaları və ya klassik musiqi konsertlərinə pulsuz ziyarətinin təmin olunması məqsədilə bu il 6 milyard forintin (təqribən 20 milyon avro) və 2020-ci ildən başlayaraq hər il həmin məbləğdə vəsaitin ayrılması barədə qərar qəbul edib.

Macarıstanın “MTI” informasiya agentliyi xəbər verir ki, tamaşalara biletlərin maliyyələşdirilməsi “sosial vəziyyətindən və yaşayış yerindən asılı olmayaraq” bütün məktəblilərə təqdim ediləcək. Bundan başqa, Macarıstanda yaşayan ev heyvanlarının nümayiş etdirildiyi ferma və zooparkları ziyarət zamanı da bu maliyyələşmədən istifadə oluna bilər. Hökumətin qətnaməsində bildirilir ki, Macarıstanın minillik mədəniyyəti bugünkü vətəndaşların və gələcək nəsillərin inkulturasiyası, özünüifadə və milli identikliyi üçün başlıca əhəmiyyət kəsb edən dəyərlərdir. Bu səbəbdən Macarıstan mədəniyyətinin qorunub saxlanılması dövlətin prioritet vəzifəsidir.(AZƏRTAC)

AzNews.az