Peker nəşrin hansı qiymətə satışa çıxarılacağını açıqlamayıb Peker nəşrin hansı qiymətə satışa çıxarılacağını açıqlamayıb
  • Qərb
  • 11 Aprel 2019 12:45
  •  1 555

“Amazon” rəhbərini şantaj edən jurnal satışa çıxarıldı

Peker nəşrin hansı qiymətə satışa çıxarılacağını açıqlamayıb

“Amazon” rəhbəri Ceff Bezosun çılpaq şəkillərini dərc etmiş “National Enquirer” jurnalı satışa çıxarılıb.

CNBC-nin məlumatına görə bununla bağlı “American Media” holdinqinin baş direktoru və sarı nəşrin baş redaktoru Devid Peker bəyanat verib.

Onun sözlərinə görə, potensial sahibin jurnalın imkanlarından daha geniş istifadə etmək şansı olacaq.

O, “American Media” holdinqinin digər platformaları, o cümlədən, podkastlar və layvstrim (canlı yayım – red.) reportajları inkişaf etdirmək fikrində oldğunu bildirib.

Peker nəşrin hansı qiymətə satışa çıxarılacağını açıqlamayıb.

Xatırladaq ki, jurnal “Amazon” şirkətinin sahibi Ceff Bezosun intim şəkillərini dərc etməzdən əvvəl, fevral ayında Bezos “National Enquirer” “sarı” nəşrinin rəhbərinin onu açıq-saçıq fotoşəkillərini dərc etməklə şantaj etdiyini bəyan etmişdi.

Bezosun sözlərinə görə, Devid Pekerin vəkilləri onunla əlaqə yaradaraq, redaksiyaya qarşı şikayətini geri götürməyəcəyi təqdirdə telefon ismarıclarını (SMS) və intim fotoşəkillərini yayacaqları ilə hədə-qorxu gəlib.(oxu.az)

AzNews.az