Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub
  • Qərb
  • 12 Aprel 2019 12:11
  •  1 287

Paşinyanın Strasburqda erməni icması ilə görüşündə qalmaqal yaranıb

Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub

Aprelin 11-də Fransanın Strasburq şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanın erməni icması ilə görüşü zamanı qalmaqal yaranıb.

Görüş zamanı icmanın nümayəndələrindən biri baş nazirə bildirib ki, indi də "məxməri inqilab"dan sonra da seçicilərin pulla ələ alınması halları var.

N.Paşinyan isə cavabında həmin şəxsin ölkəyə gəlməsini, bu barədə polisə məlumat verməsini məsləhət görüb: "Amma bu məlumatın doğru olmadığı sübut edilsə, sizi həbsə ata bilərlər".

Lakin həmin şəxs öz fikrindən dönməyib. Vəziyyəti belə görən digər iştirakçılar da baş nazirə sual vermək istəyiblər və hay-küy yaranıb. N.Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.(trend.az)

AzNews.az