Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb
  • Qərb
  • 16 Aprel 2019 11:42
  •  1 983

Assanj İsveçə ekstradisiya olunmayacaq

Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb

“WikiLeaks” saytının yaradıcısı Culian Assanj ölüm cəzası ilə üzləşə biləcəyi heç bir ölkəyə ekstradisiya olunmayacaq.

“The Guardian” nəşrinin xəbərinə görə, bu barədə Böyük Britaniyanın Xarici işlər naziri Ceremi Hant Ekvador prezidenti Lenin Morenoya 2018-ci ilin 7 mart və 10 avqust tarixlərində ünvanladığı məktublarda bildirib.

“Siz Julian Assanjın ekstradisiya ediləcəyi zaman ölüm cəzası ilə üzləşəbiləcəyi riskinə görə narahatlıq keçirdiyinizi bildirdiniz. Sizi əmin edirəm ki, Birləşmiş Krallığın qanunvericiliyinə görə, əgər hər hansı şəxsi ölüm təhlükəsi gözləyirsə, onun təhvil verilməsindən söhbət gedə bilməz”, - deyə məktubda vurğulanıb.

Xatırladaq ki, J. Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb. O, 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir. Buna görə də İsveç DİN-in jurnalistin ekstradisiyanı tələb edəcəyi deyilir.(AZƏRTAC)

AzNews.az