Hadisə nəticəsində 8 nəfər zərər çəkib Hadisə nəticəsində 8 nəfər zərər çəkib
  • Qərb
  • 25 Aprel 2019 12:52
  •  2 234

Kaliforniyada sürücü maşını piyadaların üstünə sürdü - 8 nəfər...

Hadisə nəticəsində 8 nəfər zərər çəkib

Kaliforniya ştatının Sanniveyl şəhərində sürücü qəflətən avtomobili piyada kütləsinin üzərinə yeridib.

Hadisə nəticəsində 8 nəfər zərər çəkib.

Polis nəfərlərinin sözlərinə görə, “sedan” tipli qara rəngli avtomobilin sürücüsü yol kənarında dayanan piyadaları vuraraq daha sonra ağaca çırpılıb. Şahidlərin polisə verdikləri məlumata görə, sürücünün əyləci basmaq istəyi barədə heç bir əlamət hiss olunmurdu. Bu səbəbdən də hüquq mühafizəçiləri onun avtomobili piyada kütləsi üzərinə qəsdən yönəltdiyini bildirirlər. Bəzi şahidlər isə bildiriblər ki, onlar sürücünün “Çox sağ ol, İsa!” və “Mən səni sevirəm, İsa!”, - deyə qışqırmasını da eşidiblər.

Hüquq-mühafizə orqanları bu hadisənin terrorçuluqla bağlı olub-olmadığını hələ müəyyən etməyiblər. Lakin onlar cinayətin bütün mümkün səbəblərini nəzərdən keçirirlər. Polis hadisə barədə Federal Təhqiqatlar Bürosunu xəbərdar edib və bu sürücüyə aid məlumatların yoxlanmasını xahiş edib. Cinayətkarın kimliyi artıq müəyyən edilib: bu, 35 yaşlı yerli sakin İsayya Coel Piplzdir.

Hadisədən zərər çəkmiş 8 nəfərin hamısı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin zədələri daha ciddidir. Ən kiçik zərərçəkənin 13 yaşı var.(AZƏRTAC)

AzNews.az