Psixi pozğunluqdan əziyyət çəkən kişi öz valideynlərini hədələyirmiş Psixi pozğunluqdan əziyyət çəkən kişi öz valideynlərini hədələyirmiş
  • Qərb
  • 13 İyun 2019 11:30
  •  2 349

Belçika polisi onlara hücum edən adamı güllələdi

Psixi pozğunluqdan əziyyət çəkən kişi öz valideynlərini hədələyirmiş

Belçikanın Vevelgem şəhərində polislər onlara vintaçanla hücum edən 37 yaşlı kişini güllələyiblər.

Polis əməkdaşlarından biri həyat üçün təhlükəli olan zədələrlə xəstəxanaya çatdırılıb. Lakin hazırda onun vəziyyətinin sabit olması bildirilir.

Psixi pozğunluqdan əziyyət çəkən kişi öz valideynlərini hədələyirmiş. Bunu görən qonşular polisə xəbər veriblər. Polislər gələndə həmin şəxs daha da aqressivləşərək qanun keşikçilərini hədələyib. Polislər əvvəlcə özlərini müdafiə məqsədilə ona qarşı qaz balonu tətbiq ediblər. Lakin o, əlindəki vintaçanla polislərdən birinə hücum edərək onu yaralayıb. Onda digər polis nəfəri həmkarını müdafiə etmək məqsədilə cinayətkarın sinəsinə atəş açıb. Onun həyatını xilas etməyə cəhd göstərilib. O, xəstəxanaya çatdırılsa da, orada ölüb.

Üzündən və döş nahiyəsindən xəsarət alan polisin vəziyyəti hazırda sabitdir.(AZƏRTAC)

AzNews.az