Texasda avtomobildə qalan iki uşaq istidən həlak olub Texasda avtomobildə qalan iki uşaq istidən həlak olub
  • Qərb
  • 24 İyun 2019 12:59
  •  1 943

ABŞ-da maşında qalan iki uşaq istidən öldü

Texasda avtomobildə qalan iki uşaq istidən həlak olub

ABŞ-ın Texas ştatında iki azyaşlı valideynləri tərəfindən onları avtomobildə qoyub getmələri səbəbindən ölüblər.

Qalveston şəhər polisinin məlumatına görə, bir yaşlı körpənin atası, restoranda işləyən Abner Penya uşağı maşında qoyub özü işə gedib. Körpə 5 saat günəş altında qızan avtomobilin içərisində qalıb. A.Penya uşağı həmin vəziyyətdə görəndə küçədə havanın temperaturu 33 dərəcə idi. Körpə Qalvestonda Texas Universitetinin tibb şöbəsinə çatdırılıb, orada onun artıq ölü olduğu müəyyən edilib. Hələ ki, valideynlərə qarşı ittiham qaldırılmayıb. Təhqiqat davam etdirilir.

İkinci ölüm hadisəsində isə Obri şəhərində, Dallasdan təxminən 75 kilometr şimalda 4 yaşlı uşaq həlak olub. O, ailə üzvlərinin biri tərəfindən avtomobildə çox ağır vəziyyətdə tapılıb və Dallasda yerləşən tibb mərkəzinə çatdırılıb. Yerli KİV-lərin məlumatına görə, körpə xəstəxanada keçinib. Uşaq aşkar ediləndə havanın temperaturu 37 dərəcə olub. Onun avtomobildə hansı müddət olması barədə hələ ki, məlumat verilmir. “Morning News” qəzeti yazır ki, hələlik ittiham qaldırılmayıb, lakin araşdırma davam edir.(AZƏRTAC)

AzNews.az