O, təyyarəsinin Nyu-Cersi ştatında eniş edərkən həbs olunub O, təyyarəsinin Nyu-Cersi ştatında eniş edərkən həbs olunub
  • Qərb
  • 7 İyul 2019 08:01
  •  5 188

Amerikalı milyarder Cefferi Epşteyn həbs olundu

O, təyyarəsinin Nyu-Cersi ştatında eniş edərkən həbs olunub

Nyu-Yorkda hüquq-mühafizə orqanları tərəfindən amerikalı milyarder Cefferi Epşteyn insan alverində günahlandırılaraq həbs olunub.

Bu barədə The New York Times qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Epşteyn bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq. CBS TV kanalına görə, o, təyyarəsinin Nyu-Cersi ştatında eniş edərkən həbs olunub.

Nəşr qeyd edir ki, Epşteynin ABŞ-ın sabiq prezidenti Bill Klinton, eləcə də indiki prezidenti Donald Trampla çox yaxşı tanışlıq münasibəti olub. (Report)