Şirkət işçiləri polisə bıçaqlı şəxsi yaxalamağa kömək edib Şirkət işçiləri polisə bıçaqlı şəxsi yaxalamağa kömək edib
  • Qərb
  • 11 Sentyabr 2019 20:22
  •  2 308

Bıçaqla insanlara hücum etdi - 6 nəfəri yaraladı

Şirkət işçiləri polisə bıçaqlı şəxsi yaxalamağa kömək edib

ABŞ-ın Florida ştatının Tallaxassi şəhərində bıçaqlı şəxs insanlara hücum edib.

CNN xəbər verir ki, insident “Duke İndustries” şirkətinin sənaye parkında yaşanıb.

Nəticədə 6 nəfər yaralanıb.

Şirkət işçiləri polisə bıçaqlı şəxsi yaxalamağa kömək edib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şirkətin daha əvvəl işdən qovulmuş əməkdaşı olub.(qafqazinfo.az)

AzNews.az