Trampın Ərdoğana yazdığı məktub üzə çıxdı - FOTO

"Yaxşı şeylər olmasa, tarix sizi sona qədər şeytan kimi görəcək"

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub üzə çıxıb.

AzNews.az xəbər verir ki, 9 oktyabr 2019-cu il tarixli məktubu “FOX News” telekanalı aşkarlayıb.

Telekanalın müxbiri Triş Reqanın paylaşdığı məktubda Trampın imzası yer alır.

Məktubun tam mətnini təqdim edirik:

“Hörmətli Prezident,

Gəlin, əlverişli razılaşma əldə etməyə çalışaq. Siz minlərlə insanın ölümündə təqsirli olmaq istəməzsiniz. Mən də Türkiyənin iqtisadiyyatını məhv etmək istəmərəm – ancaq edə bilərəm. Bu mövzuda edə biləcəklərimin kiçik bir hissəsini rahib Branson məsələsində göstərmişdim.

Sizin problemlərinizi həll etmək üçün çox çalışıram. Dünyaya xəyal qırıqlığı yaşatmayın. Yaxşı razılaşma əldə edə bilərsiniz. General Mazlum (Şahin Cilo adlı PKK terroristi) sizinlə danışıqlara getmək istəyir. Əvvəlkindən fərqli olaraq bir çox şeydə güzəştə getməyə razıdır. Təzəlikcə əlimə keçən mənə ünvanladığı məktubu da sizə göndərirəm.

Əgər bunu doğru və insani formada həyata keçirə bilsəniz, tarix sizə müsbət yanaşacaq. Yaxşı şeylər olmasa, tarix sizi sona qədər şeytan kimi görəcək. Düşmən bir adam olmayın. Axmaq olmayın.

Sizə sonra zəng edəcəm.

Hörmətlə,

Donald Tramp”.

Pərvanə

AzNews.az