Türkiyəyə Rusiyadan S-400 aldığı üçün sanksiyalar tətbiq olunacaq Türkiyəyə Rusiyadan S-400 aldığı üçün sanksiyalar tətbiq olunacaq
  • Qərb
  • 11 Noyabr 2019 21:35
  •  5 754

ABŞ-dan TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA: "Türkiyənin itirilməsi..."

Türkiyəyə Rusiyadan S-400 aldığı üçün sanksiyalar tətbiq olunacaq

Türkiyənin NATO-dan çıxarılması həm ABŞ, həm də Aİ üçün böyük zərər olar.

AzNews.az xəbər verir ki, bunu Birləşmiş Statların milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen Amerika mətbuatına açıqlamasında deyib.

O, Türkiyəni NATO-da saxlamaq üçün əllərindən gələni edəcəyini və rəsmi Ankaranın bu təşkilatda çox mühüm rol oynadığını bildirib.

"Türkiyə NATO-nun üzvüdür və çox mühüm rol oynayır. İttifaq üzvü kimi Türkiyənin itirilməsi nə Avropa, nə də ABŞ üçün yaxşıdır".

Robert O' Brayen həmçinin xəbərdarlıq edib ki, Türkiyəyə Rusiyadan S-400 aldığı üçün sanksiyalar tətbiq olunacaq.

Qeyd edək ki, dünən Ağ Ev Türkiyəyə qarşı sanksiya haqqında yeni bəyanat verdi. Administrasiya Türkiyənin S-400-dən imtina etməyəcəyi təqdirdə ABŞ Konqresinin rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməyə hazır olduğunu elan etdi.

Pərvanə

AzNews.az