"Seksual qalmaqaldan sonra..." "Seksual qalmaqaldan sonra..."
  • Qərb
  • 17 Noyabr 2019 16:37
  •  2 698

İki türk ABŞ Konqresinə namizədliyini irəli sürüb

"Seksual qalmaqaldan sonra..."

ABŞ-da, YouTube-da “Youg Turks” ("Gənc Türklər") xəbər proqramının aparıcısı Cenk Uyğur 2020-ci ildə Konqres seçkiləri üçün namizədliyini irəli sürüb.

5 milyon izləyicisi olan 49 yaşlı telejurnalist seksual qalmaqaldan sonra Kaliforniyada istefa vermiş demokrat Kəti Hillin yerinə seçilmək əzmindədir.

8 yaşında valideynləri ilə ABŞ-a mühacirət edən C.Uyğur Kolumbiya Universitetinin Hüquq Məktəbini bitirib.

2020 seçkiləri üçün ikinci türk namizəd 37 yaşlı Alp Başarandır. Nyu-Cersidə seçilməyə hazırlaşan Başaran da demokratları təmsil edir.

O, 4 yaşında olarkən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Vanderbilt Universitetində tarix, psixologiya və iqtisad elmlərini öyrənib. (reyting.az)

AzNews.az