Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb
  • Qərb
  • 22 Noyabr 2019 20:20
  •  2 982

İspaniya polisi 13 çamadan kokain müsadirə etdi

Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb

İspaniyanın Valensiya şəhər polisi böyük həcmdə narkotik vasitə müsadirə edib.

Bu barədə İspaniya Milli Polisinin məlumatında deyilir.

Məlumata əsasən, ümumi çəkisi 426 kiloqram olan 13 çamadan kokain Kosta-Rikadan gələn gəminin kokos lifləri yüklənmiş konteynerində gizlədilibmiş.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı altı nəfəri, o cümlədən yükü gətirən idxalçı firmanın menecerini, onun həyat yoldaşını və konteyneri boşaldan dörd nəfəri saxlayıb.

Narkotik vasitələr Valensiyanın Alkaser limanındakı anbarda aşkarlanıb.(AZƏRTAC)

AzNews.az