- Qərb
 - 26 Dekabr 2019 09:56
 - 6 026
 
Fransada Milad ibadəti zamanı 19 nəfər dəm qazından zəhərləndi
            Hadisədən sonra kilsədə olan 200-ə yaxın insan təxliyə edilib
Dekabrın 25-də Fransanın Uaz departamentinin Karlepon şəhərində 19 nəfər dəm qazından zəhərlənib.
Hadisə Klerponun Sent-Elua kilsəsində Milad ibadəti zamanı baş verib.
Hadisədən sonra kilsədə olan 200-ə yaxın insan təxliyə edilib.
Onlardan 19 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi araşdırılır.
AzNews.az