Xəstələrin sayı 68 min 46 nəfərə çatıb, son 24 saat ərzində 1415 yeni yoluxma hadisəsi baş verib Xəstələrin sayı 68 min 46 nəfərə çatıb, son 24 saat ərzində 1415 yeni yoluxma hadisəsi baş verib
  • Qərb
  • 15 Avqust 2020 22:46
  •  7 458

Rumıniyada həyəcan vəziyyəti daha 30 gün artırıldı

Xəstələrin sayı 68 min 46 nəfərə çatıb, son 24 saat ərzində 1415 yeni yoluxma hadisəsi baş verib

Rumıniyada koronavirusa yoluxanların sayının kəskin artması nəticəsində ölkədə həyəcan rejimini avqustun 16-dan etibarən daha 30 gün müddətinə artırıblar. AzNews.az Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, xəstələrin sayı 68 min 46 nəfərə çatıb, son 24 saat ərzində 1415 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2904 nəfərdir, 31 min 920 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar büdcə xərclərində dəyişiklik edəcək. Səhiyyə, təhsil və nəqliyyata daha artıq vəsait ayrılacaq.