• Qərb
  • 27 Noyabr 2020 19:03
  •  894

Aİ və Britaniya arasında “Brexit” üzrə hansı məsələlərdə fikir ayrılıqlarının olduğu açıqlanıb

Balıqçılıq, dövlət yardımı və ticarət sazişi ilə bağlı danışıqlarda gələcək mübahisələrin həlli ilə bağlı sahələrdə Aİ və Britaniya arasında fikir ayrılıqları mövcuddur

Avropa İttifaqının (Aİ) “Brexit” danışıqları üzrə müşaviri Mişel Barnier Aİ ilə Britaniya arasında hansı məsələlərdə ciddi fikir ayrılıqlarının olduğunu açıqlayıb.

AzNews.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, balıqçılıq, dövlət yardımı və ticarət sazişi ilə bağlı danışıqlarda gələcək mübahisələrin həlli ilə bağlı sahələrdə Aİ və Britaniya arasında fikir ayrılıqları mövcuddur.

M. Barnier bu gün Londona səfər edəcəyini və britaniyalı həmkarı ilə danışıqları davam etdirəcəyini bildirib.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-də Britaniyanın Aİ-dən çıxdıqdan sonra mövcud fikir ayrılıqlarını və gələcək münasibətləri müəyyən etmək üçün tətbiq olunan keçid dövrü başa çatır.