Respondentlərin yalnız 29%-i dövlət başçısının hərəkətlərini dəstəkləyib Respondentlərin yalnız 29%-i dövlət başçısının hərəkətlərini dəstəkləyib
  • Qərb
  • 17 Yanvar 2021 23:57
  •  7 235

Trampın reytinqi yenidən düşüb

Respondentlərin yalnız 29%-i dövlət başçısının hərəkətlərini dəstəkləyib

ABŞ-ın hazırkı prezidenti Donald Trampın reytinqi yenidən ən aşağı həddə düşüb.

AzNews.az xəbər verir ki, bu barədə “Fox News” “Pew Research Center”in apardığı araşdırma nəticələrinə istinadən məlumat yayıb.

Sorğu məlumatlarına görə, respondentlərin yalnız 29%-i dövlət başçısının hərəkətlərini dəstəkləyib.

Məlumatda deyilir ki, 2020-ci ilin avqust ayında bu rəqəm 9% daha çox olub. Bundan əlavə, ABŞ-ın Respublikaçılar Partiyasının tərəfdarları arasında Trampın reytinqi də 2020-ci ilin avqustuna nisbətən 17% düşüb, hazırda bu göstərici 60%-dir.