Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb
  • Qərb
  • 4 May 2021 10:38
  •  9 485

USAID-in yeni rəhbəri ermənipərəst Samanta oldu

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yeni rəhbəri Samanta Pauerə and içdirib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə USAID-in yeni rəhbərinin həyat yoldaşı, qızı, oğlu və ögey atası iştirak ediblər.

Pulitser mükafatı laureatı (2003), 50 yaşlı irlandiyalı Samanta Pauer 2003-2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini tuturdu.

S.Pauer ermənipərəst mövqeyi ilə seçilir. Daha əvvəl o, növbəti dəfə ermənilərə dəstəyini nümayiş etdirərək tvitter səhifəsində “erməni soyqırımı”na aid silsilə tvitlər yazmışdı.