Ölkənin Səhiyyə Departamenti məlumat yayıb Ölkənin Səhiyyə Departamenti məlumat yayıb
  • Qərb
  • 6 May 2021 22:33
  •  8 295

Britaniyada son sutkada koronavirusdan 13 nəfər ölüb

Ölkənin Səhiyyə Departamenti məlumat yayıb

Böyük Britaniyada son sutka ərzində 2613 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 428 553 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 13 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 583 nəfərə çatıb.

AzNews.az