Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb
  • Qərb
  • 17 May 2021 20:32
  •  11 241

Ağ ev İsrailə 735 milyon dollarlıq silah satılmasına icazə verib

Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə 735 milyon dollar dəyərində yüksək dəqiqliyə malik silah satılmasına icazə verib.

Aznews.az “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, ABŞ Konqresi Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsindən bir neçə gün öncə - mayın 5-də bu barədə müvafiq bildiriş alıb. Bundan sonra qanunvericilərin müqavilənin icrasına məcburi qüvvəsi olmayan etiraz bildirmələri üçün 20 gün vaxtları var.

Xatırladaq ki, mayın 10-da Qəzza bölgəsində Fələstinlə İsrail ordusu arasında qarşıdurma başlayıb. Son məlumata görə, qarşılıqlı raket zərbələri nəticəsində İsrail tərəfdən azı 10 nəfər ölüb və yüzlərlə insan xəsarət alıb, Fələstin tərəfdən isə 200-dən çox insan həlak olub, 6 minə yaxın fələstinli isə yaralanıb