3 iyundan başlayaraq 10 Belarus şirkətinə qarşı əvvəlcə dayandırılmış sanksiyalar yenidən qüvvəyə minib 3 iyundan başlayaraq 10 Belarus şirkətinə qarşı əvvəlcə dayandırılmış sanksiyalar yenidən qüvvəyə minib
  • Qərb
  • 9 İyun 2021 09:56
  •  5 978

ABŞ Belarusa qarşı sanksiyaları bir il də uzatdı

3 iyundan başlayaraq 10 Belarus şirkətinə qarşı əvvəlcə dayandırılmış sanksiyalar yenidən qüvvəyə minib

ABŞ Prezidenti Co Bayden Belarusa qarşı 2006-cı ildən tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, köhnə sanksiyalar Minskdə “Ryanair” təyyarəsinin məcburi endirilməsi və Roman Protaseviçin həbsi ilə əlaqədar hazırlanan yeni sanksiyalar fonunda uzadılıb.

ABŞ tərəfindən Avropa İttifaqı və digər tərəfdaşlarla həmrəylik nümayiş etdirərək Belarus rəhbərliyinin nümayəndələrinə qarşı başqa bir sanksiya siyahısı da hazırlanır.

Bundan əlavə, 3 iyundan başlayaraq 10 Belarus şirkətinə qarşı əvvəlcə dayandırılmış sanksiyalar yenidən qüvvəyə minib.