2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib, utanıb 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib, utanıb
  • Qərb
  • 9 Sentyabr 2021 21:56
  •  8 135

Angela Merkel ilk dəfə özünü feminist adlandırdı

2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib, utanıb

Almaniya kansleri Angela Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib.

Aznews.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.

Bildirilib ki, 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib. Merkel deyib ki, o vaxt bunu açıq şəkildə söyləməkdən utanıb.

Ancaq kansler indi feminist olduğunu deyərək, ictimai həyatda qadın və kişi bərabərliyi mövzusunda hər kəsi bu nümunəni izləməyə təşviq edib: “Bu gün daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”.