İngiltərənin xarici işlər naziri seçki kampaniyasına başladı İngiltərənin xarici işlər naziri seçki kampaniyasına başladı
  • Qərb
  • 11 İyul 2022 14:34
  •  65 506

Putinə meydan oxudu: "Rusiyanı məğlub edəcəm"

İngiltərənin xarici işlər naziri seçki kampaniyasına başladı

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass seçki kampaniyasına başlayıb.

Bu barədə “The Telegraph” nəşri yazıb.

Bildirilib ki, xanım nazir qalib gələcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Kremlin məğlubiyətini təmin edəcəyinə söz verib.

“Mən lider ola, nəticələr əldə edə bilərəm. Çünki qərar qəbul edə bilirəm. Hara getməli olduğumuza və oraya çatmaq üçün təcrübə və qətiyyətə dair aydın təsəvvürüm var. Mən Putinin Ukraynadakı məğlubiyyətini təmin etmək üçün seçkilərə qatılacağam, - o bildirib.

L.Trass Britaniya hökumətində müxtəlif vəzifələrdə qazandığı uğurları da xatırladıb.

O, xüsusilə XİN başçısı kimi Rusiyaya qarşı beynəlxalq reaksiyaya rəhbərlik etdiyini, ciddi sanksiyaların qəbul edilməsindəki xidmətini vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni baş nazir seçilənədək bu postu müvəqqəti icra edəcək.

AzNews.az