• Qərb
  • 23 Fevral 2023 12:37
  •  4 352

İspaniyanın baş naziri Pedro Sançes Kiyevə gedib

İspaniyanın baş naziri Pedro Sançes Rusiya-Ukrayna müharibəsinin birinci ilində Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Aznews.az xəbər verir ki, İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Polşaya gedən Sançes qatarla Kiyevə keçib.

2022-ci il aprelin 21-dən sonra ikinci dəfə Kiyevə gedən Sançes Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək və Rusiyanın hücumlarından zərər çəkmiş bəzi şəhərlərə baş çəkəcək.

Qeyd edək ki, İspaniyanın müdafiə naziri Marqarita Robles martın sonu və ya aprelin əvvəlində Ukraynaya 6 Leopard 2 tipli tank göndərəcəklərini açıqlayıb.

Mövsüm