• Qərb
  • 8 Dekabr 2023 16:46
  •  3 128

Nadia Kalvino Avropa İnvestisiya Bankının yeni prezidenti olacaq

İspaniyanın maliyyə naziri Nadia Kalvino aylarla davam edən mübahisələrdən sonra danimarkalı Marqret Vestageri geridə qoyub.

İspaniyanın maliyyə naziri Nadia Kalvino Aİ-nin maliyyə nazirləri arasında uzun müddətdir davam edən mübahisəni həll edən Avropa İnvestisiya Bankının (AİB) növbəti prezidenti seçilib.

Bankın Rəhbərlər Şurasının sədri olan Belçikanın naziri Vinsent van Peteqhem jurnalistlərə açıqlamasında maliyyə nazirlərinin Kalvinonun namizədliyi ilə bağlı “konsensus”a nail olduqlarını bildirib.

Van Peteqhem, Kalvino-nun "dünyanın ən böyük investisiya bankı olan EIB-nin növbəti prezidenti" olacağını söyləyib.

Mövsüm

Aznews.az