• Qərb
  • 2 May 13:39
  •  2 492

Bayden Yaponiya iqtisadiyyatındakı problemləri "ksenofobiya" ilə əlaqələndirib

ABŞ prezidenti Co Bayden Asiya ölkələrindən olan sponsorların iştirakı ilə keçirilən xeyriyyə tədbirində Yaponiyanı ksenofob ölkə adlandırıb.

Bu barədə "Bloomberg" məlumat yayıb.

“Bilirsiniz, iqtisadiyyatımızın böyüməsinin səbəblərindən biri siz və bir çox başqalarının hesabınadır. Niyə? Çünki biz immiqrantları qəbul edirik. Düşünün, Çin niyə belə zəif inkişaf edir? Yaponiya niyə problem yaşayır? Niyə Rusiya, niyə hamısı? Onlar ksenofob olduqları üçün immiqrantları qəbul etmək istəmirlər”, - Bayden donorlar qarşısında çıxışında deyib.

Mövsüm

Aznews.az