• Qərb
  • 16 İyul 2024 22:50
  •  6 030

Makron baş nazir Attalın istefasını qəbul edib

Fransa prezidenti Emmanuel Makron prezident partiyasının seçkilərdə məğlub olmasından sonra baş nazir Qabriel Attalın istefasını qəbul edib, lakin Nazirlər Kabineti hələlik eyni tərkiblə işləməyə davam edəcək.

Bu barədə Reuters agentliyi məlumat yayıb .

İstefa verən hökumət növbədənkənar seçkilərdən sonra yeni kabinet təyin olunana qədər fəaliyyətini davam etdirəcək. Ekspertlərin fikrincə, o, parlamentə yeni qanunlar və ya digər böyük dəyişiklikləri təqdim edə bilməyəcək. Eyni zamanda, o, ölkədə Olimpiya oyunlarının keçirilməsinə görə məsuliyyət daşımayacaq.

Mövsüm

AzNews.az