• Qərb
  • 30 Oktyabr 2024 19:06
  •  3 273

KİV Britaniyadakı zavodda baş verən yanğının ehtimal olunan səbəbini açıqlayıb

Böyük Britaniyada nüvə sualtı qayıqlarının inşa olunduğu "Barrou-in-Furness" gəmiqayırma zavodunda (Kumbriya) yanğına səbəb avadanlıqların nasazlığı ola bilər.

Bu barədə "Sky News" məlumat yayıb .

“Kambriyadakı nüvə sualtı gəmiqayırma zavodunda baş verən əhəmiyyətli yanğının mümkün səbəbi kimi nasaz avadanlıq araşdırılır”, - nəşr qeyd edib.

Gəmiqayırma zavodunun yaxınlığında yaşayan "Barrow-in-Furness" sakini, yanan bir şeyin iyini hiss etdiyini söyləyib. Yanğın "olduqca ciddi görünürdü" deyib.

Mövsüm

AzNews.az