- Qərb
- 2 İyun 15:26
- 1 967
Boulder hücumu nəticəsində yaralıların sayı 8-ə çatıb

ABŞ-nin Kolorado ştatının Boulder şəhərində Fələstin tərəfdarı bir fəalın İsrail tərəfdarı olan nümayişə molotof kokteyli atması nəticəsində 8 nəfər yaralanıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Yaşları 52 ilə 88 arasında olan dörd kişi və dörd qadının yaralandığı və xəstəxanaya aparıldığı, ən azı birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hücum edənin Məhəmməd Soliman olduğu dəqiqləşdirilib. Agentliyin məlumatına görə, onun haqqında məlumat tapmaq mümkün olmayıb.
Mövsüm
Aznews.az