• Qərb
  • 11 İyun 21:07
  •  2 252

Polşa miqrasiyanın artması səbəbindən Almaniya ilə sərhəd nəzarəti tətbiq etmək istəyir

Sərhədi keçən miqrantların sayı artmaqda davam edərsə, ölkə hökuməti hələ bu ilin yayında Almaniya ilə sərhəddə qismən nəzarət tətbiq edə bilər.

Polşanın baş naziri Donald Tusk bu barədə məlumat yayıb.

"Sərhəddə vəziyyət pisləşərsə. Mən müvəqqəti nəzarətin tətbiqi ilə bağlı qərar verməkdən çəkinməyəcəyəm. Çox güman ki, yayda Almaniya ilə sərhəddə belə qismən nəzarəti təsdiqləyəcəyik", - Reuters onun sözlərindən sitat gətirir.

Eyni zamanda, Tusk Almaniyadan geri göndərilən hər bir miqrant qrupunun diqqətlə yoxlanılacağını vurğulayıb.

Mövsüm

Aznews.az