• Qərb
  • 12 İyun 17:37
  •  1 035

Orban: Aİ Gürcüstan hökumətindən çəkinir

Avropa İttifaqı (Aİ) Gürcüstan hökumətindən ehtiyatlanır.

Macarıstanın baş naziri Viktor Orban bu barədə deyib.

Siyasətçinin qeyd edib ki, Gürcüstan yeddi faiz iqtisadi artıma nail olub və dövlət borcunu azalda bilib. 2022-ci ildə “qlobal liberallar” ölkə siyasətinə müdaxilə etməyə cəhd etsə də, Gürcüstan öz hakimiyyətini qoruyub saxlaya bildi.

"Onlar üçün Gürcüstan hökuməti Brüsselin üzləşməkdən qorxduğu heyvandır. Müqavimət göstərmək qərarına gələn ilk Gürcüstan oldu. Və bu hiss bizə yaxındır", - "NewsGeorgia" onun sözlərini sitat gətirib.

Mövsüm

Aznews.az