- Qərb
- 13 İyun 15:04
- 1 622
Merzdən İsrailə dəstək

Almaniya kansleri Fridrix Merz İsrailin İrana geniş hava hücumlarından sonra İsrailin öz varlığını müdafiə etmək hüququna malik olduğunu bildirib və Almaniyadakı yəhudi qurumlarının müdafiəsinin artırılacağını açıqlayıb.
Berlin kanslerliyindən verilən açıqlamaya görə, Merz cümə günü səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və daha sonra Almaniyanın təhlükəsizlik kabinetini toplayıb.
Baş nazir Merz İsrailin “öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququnu” dəstəklədiklərini bir daha bəyan edib.
Merz hər iki tərəfi “daha da gərginləşmədən və bütün regionda sabitliyi pozacaq addımlardan çəkinməyə” çağırıb.
Mövsüm
Aznews.az