NATO Baş katibi: ABŞ-ın İrana zərbələri beynəlxalq hüquqa zidd deyil

“ABŞ-ın İrana zərbələri heç bir şəkildə beynəlxalq hüquqa zidd deyil”.

Aznews.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte alyansın Haaqada keçirilən sammiti çərçivəsindəki mətbuat konfransında deyib.

“Mən ABŞ-nin zərbəsinin beynəlxaq hüquq pozuntusu olduğunu hesab etmirəm”, - Rutte bildirib.

Onun sözlərinə görə, NATO İranın nüvə silahı hazırlamasının qarşısını almaq niyyətindədir:

"NATO-nun İranın nüvə proqramı ilə bağlı mövqeyinə gəldikdə, müttəfiqlər çoxdan razılaşıblar ki, İran nüvə silahı yaratmamalıdır. Biz əmin olmalıyıq ki, bu, nəinki yaxın gələcəkdə, həm də üç, beş, yeddi ildən sonra baş verməyəcək", - Rutte qeyd edib.

O, həmçinin, İranda mümkün hakimiyyət dəyişikliyinin alyasın marağında olub-olmaması barədə sualı da cavablandırıb:

“Biz və bütövlükdə dünya ictimaiyyəti əmin olmalıyıq ki, İran nüvə potensialını artırmayacaq. Son illərdə NATO öz təsir dairəsindən kənardakı hadisələrlə bağlı fəallıq nümayiş etdirir. Çünki əsas məqsədimiz ilk növbədə öz ərazilərimizi qorumaqdır. Çünki İran, Çin və Şimali Koreya Rusiyaya kömək edir. İranla bağlı ən böyük narahatlığım ilk növbədə bu ölkənin nüvə silahı əldə etməsinin mümkünlüyü ilə bağlıdır. Bu isə həm İsrail, həm də bütövlükdə region üçün təhlükəlidir. NATO-nun mövqeyi bundan ibarətdir ki, İran heç bir şəkildə nüvə silahı əldə etməməlidir. Mən ABŞ-ın İrana zərbələrinin beynəlxalq hüquqa zidd olması ilə bağlı deyilənlərlə razı deyiləm”.