- Qərb
- 14 İyul 14:46
- 1 399
ABŞ Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə bilər

ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem CBS telekanalında bildirib ki, Avropa İttifaqının (Aİ) liderləri Rusiyanın Avropadakı 305 milyard dollarlıq və ABŞ -dəki 5 milyard dollarlıq dondurulmuş aktivlərindən Rusiyaya təzyiqi artırmaq və onu Ukrayna ilə danışıqlara məcbur etmək üçün istifadə etməyi düşünürlər.
"Müxtəlif baxışlara malik Avropa liderləri həmrəydir. Biz dondurulmuş aktivlərdən elə istifadə etmək istəyirik ki, Putini danışıqlar masasına oturtmağa məcbur edək".
Senatorun sözlərinə görə, Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinə, o cümlədən faizlərə, həmçinin ABŞ-dəki 5 milyard dollarlıq aktivlərə çıxış əldə edə biləcəkləri plan hazırlayır. Bundan əlavə, Qərb ABŞ-dən silah almaq üçün Ukraynaya NATO aktivlərinin bir hissəsini verməyi də planlaşdırır.
Mövsüm,
AzNews.az