- Qərb
- 17:56
- 1 344
Aİ Çexiyanın Rusiya neftinin idxalına icazəsini ləğv edib

Çexiya Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində verilən icazə ləğv edildiyi üçün artıq Drujba kəməri ilə Rusiyadan neft idxal edə bilməyəcək.
Bu barədə Avropa İttifaqı Şurasının (Aİ) assosiasiyanın saytındakı bəyanatında deyilir.
“Şura Çexiyaya Rusiyadan neft idxal etmək icazəsini ləğv etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.
Həmin gün Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirmişdi ki, Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər . Məhdudiyyətlər “Şimal axını” qaz kəmərlərinin fəaliyyətinə təsir göstərəcək. Aİ ölkələri həmçinin Rusiyadan neftin qiymətinin bir barel üçün tavanını 60 dollardan 47,6 dollara endirmək barədə razılığa gəliblər.
Mövsüm,
AzNews.az