Polşanın Baş naziri hökumətdə dəyişiklik edib

Polşanın baş naziri Donald Tusk ölkə hökumətində əsaslı dəyişikliklər edib.

O, bu barədə kansleriyanın rəsmi YouTube kanalında yayımlanan verilişdə məlumat verib.

"Hökumət 26 konstitusiya nazirindən - Nazirlər Şurasının üzvlərindən 21-ə "kiçildildi"" deyə baş nazir bildirib.

Qeyd olunur ki, Valdemar Zurek Adam Bodnarın yerinə yeni ədliyyə naziri və baş prokuror təyin edilib. Marçin Kervinski Tomaş Siemonyakın yerinə daxili işlər və administrasiya naziri vəzifəsinə qayıdır. Tomaş Siemonyak Kəşfiyyat Xidmətlərini Əlaqələndirən Nazir vəzifəsində qalaraq hökumətdəki mövqeyini qoruyub saxlayır.

Mövsüm,

AzNews.az