- Qərb
- 16:46
- 1 446
Tramp: Bu gecə İranı bombalayacaq, Xarq adasını ələ keçirəcəyik
ABŞ prezidenti Donald Tramp bu gecə İrana qarşı yeni hücumların başlayacağını bildirib. O, İranın neft ixracı üçün vacib olan Xarq adasının ələ keçiriləcəyini iddia edib.
ABŞ prezidenti Donald Tramp özünün Truth Social hesabında İrana qarşı sərt açıqlamalar verib .
Tramp İranın donanma, hava qüvvələri, radar sistemləri və hava hücumundan müdafiə imkanlarının böyük bir hissəsinin ləğv edildiyini iddia edərək, Tehranın hücum imkanlarının da əhəmiyyətli dərəcədə zəiflədiyini iddia edib.
Tramp həmçinin bildirib ki, "çox da uzaq olmayan gələcəkdə" İranın ən vacib neft ixrac mərkəzlərindən biri olan Xarq adası və digər enerji infrastrukturu məntəqələri üzərində nəzarət yaradılacaq.
İranın neft ixracında mühüm rol oynayan Xark adası ölkənin ən vacib enerji terminallarından biri hesab olunur və İranın xam neft ixracının əksəriyyəti buradan həyata keçirilir.
Tramp paylaşımında ABŞ-ın Venesueladakı siyasətinə işarə edərək, oxşar yanaşmanın İrana da tətbiq oluna biləcəyini iddia edib. Lakin o, bu məqsədlərə necə nail olunacağı barədə ətraflı məlumat verməyib.
Trampın tam paylaşımı belədir:
"ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək (hücum imkanları, o cümlədən donanması, hava qüvvələri, radarları, hava hücumundan müdafiə sistemləri və bütün digər müdafiə elementləri əsasən məhv edilmiş İran)."
"Çox da uzaq olmayan gələcəkdə biz Venesuelada etdiyimiz kimi, Hark adasını və digər neft infrastruktur məntəqələrini ələ keçirəcək və neft və təbii qaz bazarlarını tamamilə nəzarətə götürəcəyik. Bu model həm Venesuela, həm də ABŞ üçün son dərəcə uğurlu nəticələr verib."
AzNews.az