Pandemiyanın başlanğıcından Çində meydan sulayan B tipidir Pandemiyanın başlanğıcından Çində meydan sulayan B tipidir

Şok və əla xəbər bir mətndə

Pandemiyanın başlanğıcından Çində meydan sulayan B tipidir

I ŞOK XƏBƏR

Korona virusun 3 fərqli növü insanlardakı immun sistemini yenmək üçün sürəkli mutasiyaya uğrayır…

İngiltərə, Kembric (Cambridge) universitetində alimlər keçən ilin dekabrından bu ilin martına qədər koronavirusun keçmişini araşdırdılar. Və ortaya virusun 3 fərqli növü (!!!) çıxdığını gördülər.
Analizlər pangolin və yarasadan sıçrayan növün A tip olduğunu göstərdi. Yəni orijinal olan növ budur. Ancaq…

Ancaq Çində yayılan tip bu deyil. Pandemiyanın başlanğıcından Çində meydan sulayan B tipidir.

Nəticələrə görə ortaya heyrətamiz bir şey çıxır - A tip virus ABŞ və Avstraliyada yayılmış olandır. Bu virus Amerikada 500 mindən çox insana bulaşıb (ABŞ-da pozitiv çıxanların 2/3-si A tipdir). O zaman virusun çıxdığı yer Amerikadırmı?...

C TİP HARDAN ÇIXDI

Kembricdən Dr. Peter Forster İngiltərədə testlərdən çıxanların 75%-nin B tipi olduğunu göstərdi deyir. Eyni virus Almaniya, Fransa, Belçika və Niderlanda da hakimdir.

Virusun 3-cü tipi C isə B-nin mutasiyaya uğraması ilə ortaya çıxdı. O, Avropaya Sinqapur üzərindən yayılıb.

Alimlər fərqli populyasiyalarda immun sisteminin müqavimətini qırmaq üçün sürəkli olaraq mutasiyaya uğradıqlarını düşünürlər (Demək ki, niyə filan ölkədə belə dağıdıcıdır, filan ölkədə nisbətən zəif tərəddüdləri doğrulanmaq üzrədir - İ.N.).

Araşdırmaçılar 160 xəstənin örnəyi üzərində çalışdıqları üçün nəhayi qərar üçün hələ tezdir deyirlər. Ancaq qısa bir müddət ərzində önəmli bir məsafə qət edildiyini söyləyə bilərik, çünki daha 2 həftə əvvələ qədər virusun mutasiyaya urayıb uğramadığı da bilinmirdi.

VİRUSUN YAYILMAS MÜDDƏTİ İLƏ BAĞLI

PNAS (Proceedings of the National Academy of Sciences) jurnalı (ABŞ EA-nın orqanı) ilə Kembric araşdırmaları mutasiyanın 3 növünün bölgələrə görə ayırması üzərində müəyyən fikir ayrılığına sahibdirlər. Ancaq A növünün başlanğıcda Çində B növünə mutasiya olunması, C-nin isə Çin xaricində yaranması konspiroloqlar üçün yeni material yaradacaq.

Başqa sözlə, əgər bu elmi nəticələr tam təsdiqlənərsə virusun çıxış nöqtəsinin Çin olmadığı çıxacaq ortaya (Şok olaraq bunu nəzərdə tuturdum).

Və ən son, alimlər A tipinin sentyabr ayına qədər Çində dolaşacağını təxmin edirlər.
Sevindirici xəbər C-nin hələ ki, mutasiyaya uğramamasıdır…

II ƏLA XƏBƏR

Əla xəbər - 1

Oxford univesitetindən professor Sarah Gilbert Peyvəndin sentyabr ayına hazır ola biləcəyini söylədi (istinad "Times"). "Peyvəndin sentyabra hazır olacağına səksən faiz əminəm", - S. Gilbert belə ümidlidir.

Sara Gilbert tək İngiltərənin deyil, peyvənd üzrə Dünyanın ən önəmli alimlərindən biri sayılır. Peyvəndin hazır olması ilə onun 2 həftə ərzində insanlar üzərində test ediləcəyi bildirilir. İngilis höküməti nəticə əldə kimi milyonlarla doz peyvəndin hazırlanmasını maliyyələşdirəcəyini bəyan etdi.

İngilis alimlərinin bu uğuru indiyə qədər söylənən "Ən tez 18 ay sonra" məsələsini kökündən çürüdür!...

Əla xəbər-2

WHO Oxford universiteti ilə ABŞ-ın INOVIO şirkəti ilə hazırladığı başqa bir peyvəndin heyvanlar üzərində sınaqlarına icazə verdi.

Bu xəbər də peyvəndin ehtimal ediləndən daha tez çıxacağına gözəl işarədir.

Sağlıqla qalın, Elmlə qalın!

İbrahim Nəbioğlu