"Olaylar"ın 25 illiyi tamam olur "Olaylar"ın 25 illiyi tamam olur

Yunus Oğuz: "Yolumuza davam"

"Olaylar"ın 25 illiyi tamam olur

"Bu gün Azərbaycan media sahəsində öz sözünü demiş "Olaylar"ın 25 illiyi tamam olur."

Bu sözləri "Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin rəhbəri Yunus Oğuz deyib: "Bəşəriyyəti cənginə almış koronavirus pandemiyası səbəbindən geniş qeyd edə bilmirik. Qəzet və agentliyi yaşatmaq üçün hansı ağrılardan keçmişik bir Tanrı bilir. Neçə siyasətçi və ictimaiyyətçi, mediada sözü və çəkisi olan jurnalist "Olaylar" ailəsində yetişib. Bizim əlimizdən qələm alıb, köməyimizlə ictimai-siyasi həyata vəsiqə qazanıb. Neçələri yüksək vəzifələrə yüksəlib, neçələri vurulub. Yarandığı ilk gündən Azərbaycan dövlətinin və millətinin yanında olmuşuq. Dövlətçiliyimizə xidmət etmişik. Bundan sonra da belə olacaq! Həmişə şərəfli bir ömür yaşamışıq, belə də davam etdirmək fikrindəyik. Yolumuza davam.

"OLAYLAR" adına bütün insanların 25 yaşı mübarək!"

AzNews.az