29 il bir igidin ömrüdür 29 il bir igidin ömrüdür

Qanla yoğrulan Xocalı xəmiri

29 il bir igidin ömrüdür

Azərbaycan xalqı Erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə davamlı olaraq məruz qalıb. Çox təəssüf ki, bu siyasət bu gün də davam edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində düşmənin başına dəmir yumuruq dəydi. Bu yumruq tarixi ədalətsizliyin bərpası üçün vacib və düşmənə öz yerini göstərmək baxımından əhəmiyyətli idi.

Xocalını unutmuruq

29 il bir igidin ömrüdür. Bu illər ötüb keçsə də törədilən soyqırım, tökülən qanlar heç zaman yaddan çıxmır. Bəli bir zamanlar əli-ayağı yalın Xocalıdan, Ağdamdan, Füzulidən, Şuşadan çıxan oğullarımız bu gün tank belində Xocalının qisasını düşməndən aldı. Ancaq tarixin bizlərə vurduğu dərin Xocalı yarası barəsində nəinki biz eyni zamanda yetişməkdə olan gənc nəsil reallıqları dünya ictimayyətinə yaymaqla dünyaya ermənilərin nə qədər terrorist, cani olduğunu sübut etməlidir.

Qanlı və qaranlıq ferval gecəsi...

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "Dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan, mayor Oqaniyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı motoatıcı alayın ikinci batalyonu, Yevgeni Nabokixinin komandası altında üçüncü batalyonun, birinci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik, 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını tam mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək onu yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Soyqırım aktı törədildi.

Bu soyqırım zamanı yüzlərlə Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirildi, bir o qədər insan ağır xəsarətlər aldı. Erməni vəhşiliyi nəticəsində 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənilər qətlə yetirilmiş və sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdırlar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar, Ermənistanın Cenevrə konvensiyasının tələblərini pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalıya beynəxalq dəstək davam edir

Azərbaycan hökumətinin prioritetlərindən biri də erməni daşnaqları, onların həyata keçirdiyi terror və soyqırım hadisələri ilə bağlı dünya ictimayyətini məlumatlandırmaqdır. Bu yöndə sistemli və davamlı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici səfərlərində, beynəlxalq tribunalarda çıxış edərkən çıxışında bu məsələyə xüsusi yer ayırır. Eyni zamanda Heydər Əliyev Fondunun dünyanın bir çox ölkələrində həyata keçirdiyi tədbirlər bu istiqamətdədir. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanin rəhbərliyi ilə müxtəlif ölkələrdə Xocalı ilə bağlı sərgi və tədbirlər təşkil olunub. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində düyna ölkələri Xocalı soyqırımı ilə bağlı kifayyət qədər məlumatlandırılıb. Bütün bunların nəticəsidir ki, Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Bu yöndə ictimai dəstək, vətəndaş cəmiyyəti institutların fəaliyyətləri də göz önündədir. "Soyqırımı Həqiqətlərinin Tanıdılması" ictimai Birlik olaraq biz də Ermənistan Respublikasının Xocalıda törətdiyi hərbi cinayətə-Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsi üçün əlimizdən gələni edirik və bunu hər zaman davamlı olaraq həyata keçirəcəyik.

Ayşən Fəxrəddinqızı,

"Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyin
sədr müavini