- COP29
- 11 Fevral 18:41
- 3 878
Növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub
![](https://www.aznews.az/storage/2024/02/11/f0f06da5-c206-372f-89ab-d384e4aeb621_850.jpg)
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub.
Aznews.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.
Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkilərin qalibi olub.
Digər namizədlərin səs faizi aşağıdakı kimidir:
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz (26 517 səs).
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.